Livan və İsrail dəniz sərhədinin demarkasiyasında irəliləyiş əldə ediblərbackend

Livan və İsrail dəniz sərhədinin demarkasiyasında irəliləyiş əldə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanla İsrail arasında sərhəd mübahisəsinin həlli istiqamətində mühüm irəliləyiş əldə olunub.

Bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib bəyan edib.

“Dəniz sərhədinin demarkasiyası ilə bağlı danışıqlar hələ başa çatmayıb, lakin uğurla irəliləyir. Dənizdəki neft və qaz yataqlarının mülkiyyət hüququ ilə bağlı mübahisənin həllində nəzərəçarpacaq və əhəmiyyətli irəliləyiş var”-deyə, o bildirib.

O vurğulayıb ki, radikal şiə qruplaşması olan “Hizbullah”ın demarşlarına baxmayaraq, sərhəd problemlərinin son həlli Livan dövlətində qalır.

Qeyd edək ki, Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib Beyruta gələn və tərəflər arasında vasitəçi rolunu oynayan ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstin ilə görüşüb.

Livan və İsrail arasında 856 kv. m şelf sahəsi mübahisəli ərazidir. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.