Livanda “Radwan” dəstəsinin hərbi düşərgələri MƏHV EDİLDİbackend

Livanda “Radwan” dəstəsinin hərbi düşərgələri MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail aviasiyası Livanda “Radwan” dəstəsinin hərbi düşərgələrini vurub.

Interpress.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Bəqəa bölgəsində “Hizbullah” təşkilatına məxsus hərbi obyektlərə aviazərbələr endirib.

Hücumların əsas hədəfi təşkilatın xüsusi təyinatlı “Radwan” dəstəsinin düşərgələri olub.

Məlumata görə, həmin düşərgələrdə silahlılar və silah anbarları aşkarlanıb.

İsrail ordusunun yaydığı açıqlamada bildirilib ki, bu ərazilər terror hücumlarına hazırlıq məqsədilə təlim bazaları kimi istifadə olunurdu.

Hərbi rəhbərlik qeyd edib ki, “Hizbullah”ın bu fəaliyyəti İsraillə Livan arasında mövcud razılaşmaların kobud şəkildə pozulması deməkdir.

Xuraman Etibarlı

Interpress.az