Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşının ölməsi ilə əlaqədar cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İsrail ordusunun Livandan İsrailə keçmək istəyərkən təşkil etdiyi hava hücumu nəticəsində 3 Türkiyə vətəndaşının həlak olması ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən revize olaraq istintaq başladılıb.
Xatırladaq ki, həlak olan Türkiyə vətəndaşları Sezer Özdemir, Hüseyin Kaya və Çınar Alp Baydenkin ailələri onların yanvarın 11-də Livana getdiklərini və onlardan heç bir xəbər almadıqlarını rəsmi orqanlara bildiriblər.
Onların əvvəllər saxta adlar altında qeyri-qanuni yollarla İsrailə getdikləri və 2-3 il həmin ölkədə işlədikdən sonra deportasiya edildikləri məlum olub.
Xuraman Etibarlı
İnterpress.az