Lotar Matteus “Qarabağ”ın oyununda ekspert olacaqbackend

Lotar Matteus “Qarabağ”ın oyununda ekspert olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın sabiq futbolçusu, ölkə millisi ilə dünya və Avropa çempionu olmuş Lotar Matteus “Qarabağ”la “Frayburq” arasındakı oyunda ekspert kimi çıxış edəcək.

61 yaşlı futbol mütəxəssisi Almaniyanın RTL telekanalında həmkarı və dünya çempionu Karl-Haynts Ridle ilə bərabər matçı şərh edəcək.

Qeyd edək ki, RTL Almaniyada UEFA Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb. Telekanalın ilk yayımı sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyunu olacaq.