Lukaşenko Durovun Fransa hakimiyyəti tərəfindən həbsini dəstəkləyib.
interpress.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
“Dünən Fransada gördük, yaxşı idi. Və mən onları qınamıram. Onlar düzgün iş görürlər. Durovlar Durovlar deyil… Günahkarsansa, get cavab ver. Bəs onlar kimi eyni üsullardan istifadə edərək özümüzü müdafiə etməyə başlayanda niyə bizə qarşı iddialar irəli sürürdülər?”, – Belarus prezidenti deyib.
Lukaşenko 2018-ci ildə sarı jiletlilərin etirazları zamanı Fransa hakimiyyətinin hərəkətlərini də xatırladıb.
Onun sözlərinə görə, o zaman Fransa prezidenti polis zorakılığını ölkədə demokratiyanın olması ilə əsaslandırıb, Lukaşenkonu “diktatura”ya görə tənqid edib.
Xuraman Etibarlı
İnterpress.az