Macarıstan klubu “Qəbələ” ilə oyunlar üçün 21 futbolçu sifariş veribbackend

Macarıstan klubu “Qəbələ” ilə oyunlar üçün 21 futbolçu sifariş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın “Fehervar” komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.

Baş məşqçi Mixael Boris siyahıya 21 oyunçu daxil edib.

Qapıçılar: 1. Daniel Kovaç, 42. Emil Rokkov

Müdafiəçilər: 4. Adrian Rus (Rumıniya), 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov (Ukrayna), 22. Stopira (Kabo-Verde), 26. Mixael Lüftner (Çexiya), 31. Nikola Serafimov (Şimali Makedoniya), 55. Marsel Heyster (Almaniya), 65. Silvester Hanqya

Yarımmüdafiəçilər: 6. Peter Pokornı (Slovakiya), 8. Yevgeni Makarenko (Ukrayna), 21. Ruben Pintu (Portuqaliya), 23. Pal Darda, 80. Boqdan Lednev (Ukrayna), 94. Klaudiu Bumba (Rumıniya)

Hücumçular: 7. İvan Petriak (Ukrayna), 9. Budu Zivzivadze (Gürcüstan), 19. Kenan Kodro (Bosniya və Herseqovina), 70. Funşo Bamqboye (Nigeriya)

Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.