Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2 işçi ağır yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. The Straits Times qəzetinin xəbərinə görə, Penanq əyalətində tikilməkdə olan bina çöküb.
Vilayətin polis rəsmisi Muhammed Usuf Jan Muhammed verdiyi açıqlamada, təxminən 12 metr uzunluğunda və 14 ton ağırlığında bir tirin dağılaraq oradakı digər 14 tirin yıxıldığını söyləyib.
Tikintidə Banqladeş vətəndaşı olan 18 işçinin olduğunu və ilkin məlumata görə, çökən binanın altında 9 işçinin qaldığını bildirən Məhəmməd, indiyə qədər 3 nəfərin öldüyü barədə məlumatı paylaşıb.
Ağır yaralanan 2 işçinin xəstəxanaya göndərildiyini bildirən Məhəmməd, 4 işçinin çökən binanın dağıntıları altında qaldığını təxmin etdiklərini və axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib.