Türkiyənin Şanlıurfa şəhərində keçirilən reydlər zamanı şəbəkə marketlərdə satılan təxminən 2 ton qurdlamış düyü və son istifadə tarixi keçmiş qida məhsulları ələ keçirilib.
İnterpress.az xəbər verir ki, yoxlamalar zamanı həm qablaşdırılmış, həm də açıq şəkildə satılan məhsulların arasında çürümüş kolbasa, tarixi keçmiş süd məhsulları, şokolad, pendir, toyuq və ət bulyonları, müxtəlif konfet və içkilər aşkar olunub.
Aşkarlanmış yararsız məhsullar məhv edilmək üçün müsadirə edilib.
Sağlamlığa zərərli qida satan marketlərlə bağlı hüquqi tədbirlər görülüb.
Xuraman Etibarlı
İnterpress.az