Marseldə kişi bıçaqla insanlara hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məluçata görə, 2 sentyabrda 35 yaşlı tunisli Marseldə oteldə və yaxınlıqdakı küçədə bıçaqla beş nəfərə hücum edib, bir nəfərin vəziyyəti kritikdir.
Polis dəfələrlə silahı atmasını tələb etsə də, o, əməl etməyib və hücum etməyə çalışıb.
Nəticədə polis onu atəş açaraq dayandırıb. Şübhəlilinin motivi hələ məlum deyil, onu psixoloji cəhətdən tarazlığı pozulmuş hesab edirlər.
Xuraman Etibarlı
İnterpress.az