Masallıda qorxu saçan elektrik dirəkləri – FOTObackend

Masallıda qorxu saçan elektrik dirəkləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunun Təzəkənd və Yenikənd kəndlərində elektrik dirəkləri qəzalı vəziyyətə düşüb.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, dirəklər qəzalı vəziyyətə düşdüyündən təhlükə mənbəyinə çevrilib.

Buna görə də sakinlər qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi üçün müraciət ediblər.

Hazırda dirəklərin yenilənməsi işləri davam etdirilir.