MDB baş katibi: Ermənistan və Azərbaycan arasında münasibətlər yekun şəkildə normallaşacaqbackend

MDB baş katibi: Ermənistan və Azərbaycan arasında münasibətlər yekun şəkildə normallaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB baş katibi Ermənistan və Azərbaycan arasında münasibətlərin yekun şəkildə normallaşmasına ümid edir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

MDB baş katibi Sergey Lebedev Ermənistan və Azərbaycan arasında münasibətlərin yekun şəkildə normallaşmasına ümid edir ki, bu da Birliyin ali orqanlarının hər iki ölkədə tam hüquqlu görüşlərinin keçirilməsinə imkan verəcək.

Sergey Lebedev Vaşinqtonda İrəvanla Bakı arasında imzalanan sənədlərin sülh sazişi üçün əsas rol oynayacağını gözləyir.

“Biz hesab edirik ki, bu, fikir ayrılıqlarının yekun həlli və sülh müqaviləsinin əldə edilməsi yolunda mərhələlərdən biridir”, – Lebedev bildirib.

Xuraman Etibarlı

İnterpress.az