“Mədəniyyət dalğası” İctimai Birliyi yeni layihəyə start verdibackend

“Mədəniyyət dalğası” İctimai Birliyi yeni layihəyə start verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mədəniyyət dalğası” İctimai Birliyi mayın 1-dən yeni layihəyə start verir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi müsabiqənin qalibi olan layihə  “Qarabağ: Qardaşların Qurduğu Sabah” iyun ayının 5-də Özbəkistanın paytaxtı Daşkəndə baş tutacaq.

“Mədəniyyət dalğası” İB təşkilatçılığı ilə keçiriləcək tədbir iki gün davam edəcək birinci gün foto-sərgi və səfirlik, diaspor və digər dövlət nümayəndələri iştirak edəcəklər, sərgidə nümayiş olunacaq şəkillər və  tədbir haqqında qonaqlara,  iştirakçılara məlumat veriləcək, ikinci gün foto-sərgi və konfrans formatda baş tutacaq. Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin və bir birinə dəstəyi vurğulanacaq.

“Qarabağ: Qardaşların Qurduğu Sabah” adlı layihənin əsas məqsədi Mərkəzi Asiya ölkələrinin əsasən də Özbəkistan dövlətinin Qarabağa qayıdış prosesində dəstəyini və ümumiyyətlə iki qardaş ölkə arasında tarixi əzəli münasibətlərini göstərməkdir.