“Mənim ölümüm haqqında şayiələr şişirdilib”: Putin tənqidçilərinə CAVAB VERDİ – VİDEObackend

“Mənim ölümüm haqqında şayiələr şişirdilib”: Putin tənqidçilərinə CAVAB VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim ölümüm haqqında şayiələr xeyli şişirdilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Prezidenti ölkəsinin döyüş meydanında məğlubiyyəti və iqtisadi tənəzzülü ilə bağlı irəli sürülən “proqnozları” şərh edərkən Mark Tvenin məşhur ifadəsinə istinad edib: “Mənim ölümüm haqqında şayiələr xeyli şişirdilib”.

“Arzuların reallıq kimi təqdim olunmasına ehtiyac yoxdur”, – Rusiya lideri vurğulayıb.

2030-cu il seçkilərində mümkün iştirakı ilə bağlı sualı cavablandıran Putin qeyd edib:

“Rusiya qarşısında bir çox böyük və kəskin problemlər dayanır, onları yeni müddətə seçilmək barədə düşünmədən həll etmək lazımdır”.

Prezidentin bu açıqlamaları onun hazırkı siyasi kursunun davamlılığına və ölkənin daxili problemlərinin həllinə fokuslandığına dair mesaj kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az