Daşkənddə Mərkəzi Asiya ölkələrinin Əfqanıstan üzrə xüsusi nümayəndələrinin ilk iclası keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.
Özbəkistanın təşəbbüsü ilə Daşkənddə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Əfqanıstan üzrə xüsusi nümayəndələrinin ilk iclası keçirilib.
İştirakçılar Əfqanıstanla ticarət, nəqliyyat və mədəni əlaqələrin bərpasını müzakirə ediblər.
Regional təhlükəsizlik məsələlərinə, o cümlədən ekstremizmə, terrorizmə, transsərhəd cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilib.
Xuraman Etibarlı
İnterpress.az