Məşhur rejissor siqaret səbəbiylə inkişaf edən ölümcül xəstəlyə yoluxub.
interpress.az xəbər verir ki, bu barədə 78 yaşlı amerikalı rejissor Devid Linç”Sight & Sound” jurnalına müsahibəsində deyib.
Rejissor siqaret səbəbiylə inkişaf edən amfizemdən ölümcül xəstə olduğunu açıqlayıb.
Xəstəlik nəticəsində Linç evdən çıxmır və demək olar ki, yerimir. Ağciyərlərində oksigen çatışmazlığı yaranıb.
“Uzun müddətdir ki, siqaretdən emfizem var. İstəsəm də, istəməsəm də evdə qalıram. Xəstələnmək, hətta soyuqdəymə də mənim üçün təhlükəlidir”, – o deyib.
Linç bundan sonrakı fəaliyyətlərini yalnız distant formatda həyata keçirəcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az