Messi “Barselona”nı tərk edə bilərbackend

Messi “Barselona”nı tərk edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın keçmiş futbolçusu Luis Suares Miramontes Kataloniya klubunda Messinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

O bildirib ki, Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyət Messinin komandanı tərk etməsi üçün səbəb ola bilər.

“Burada körpəyə (Messi nəzərdə tutulur – red.) irad tutmaq olmaz, çünki belə vəziyyətdə deməyə söz yoxdur. Mən onun əsəbiləşib, getmək qərarına gələcəyi təhlükəsini görürəm”, – deyə keçmiş futbolçu bildirib.

 

İnterpress.az