Messi ilə Ronaldo qarşılaşacaqbackend

Messi ilə Ronaldo qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lionel Messinin rəhbərlik etdiyi Paris Saint-Germain (PSJ) cümə axşamı, yanvarın 19-da Cristiano Ronaldonun yeni klubu Əl-Nassr və rəqibləri Əl Hilaldan ibarət qarışıq komanda ilə qarşılaşacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunu qazanan Argentinanın ulduzu Messi ilə 5 dünya çempionatında qol vuran yeganə futbolçu olan portuqaliyalı Ronaldo bəlkə də yoldaşlıq görüşündə sonuncu dəfə üz-üzə gələcək.

Ər-Riyad Mövsüm Kuboku turnirində Fransanın PSJ komandası ilə Səudiyyə Ərəbistanının Əl-Nassr-Əl Hilal komandaları arasında keçiriləcək matç 19 yanvar cümə axşamı, paytaxt Ər-Riyaddakı Beynəlxalq Kral Fəhd Stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşma beIN SPORTS 4 kanalında canlı yayımlanacaq.

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Nassr komandası ilə 2,5 mövsümlük imzaladığı 500 milyon avroluq müqavilə ilə illik ən yüksək maaş alan idmançı ünvanının sahibi olan Ronaldo, yeni komandası ilə ilk matçını Messiyə qarşı keçirəcək.