Məxfi bazaya hücum Tehranda gerçəkləşdirilib: İsrail GİZLİ MƏLUMATLARI YAYDIbackend

Məxfi bazaya hücum Tehranda gerçəkləşdirilib: İsrail GİZLİ MƏLUMATLARI YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin iyun ayında İranda uranı zənginləşdirən sentrifuqa zavodunu hədəf aldığı iddia edilir.

bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.

Bildirilib ki, İsrail sentyabr ayında da İslam İnqilabı Keşikçiləri Korpusuna aid raket bazasını vurub.

ABŞ mənbələrinə istinad edilən xəbərdə qeyd olunub ki, Təl-Əviv rəhbərliyi sözügedən raket hücumlarından əvvəl ABŞ-ı son hadisələrdən xəbərdar edib.

O da vurğulanıb ki, hücum İranın paytaxtı Tehranda gerçəkləşdirilib. İsrailin gizli həyata keçirdiyi hücumlar çərçivəsində sözügedən hər iki hücumu da üzərinə götürmədiyi bildirilib.

Bundan əlavə, xüsusi İsrail kəşfiyyat şirkəti olan “ImageSat International” sentyabrın sonunda Tehran yaxınlığındakı məxfi raket bazasında azı iki hərbçinin ölümü ilə nəticələnən partlayışın olduğu obyektin peyk görüntülərini yayımlamışdı. Yayımlanan fotolarda sözügedən ərazidə partlayışdan sonra meydana gələn zərərlər nümayiş olunub.

Şirkətin məlumatına görə, partlayışdan qısa müddət sonra çəkilən görüntülərdə İnqilab Keşikçiləri Korpusuna məxsus “gizli raket bazası” olan binanın ən azı dörddə bir hissəsinin tamamilə dağıldığını görmək olar. Şirkət ərazinin “Shahid Hemmat” Sənaye Qrupu olduğunu təyin edib. Bura İranın ballistik raketlər proqramının bir hissəsidir və “Şahab-3”, “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir. (publika.az)