Milli Məclisin deputatları Əminə Ağazadə və Sabir Hacıyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər.
Bu barədə İnterpress.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məqsəd Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.
Səfər dekabrın 2-də başa çatacaq.