“Milyonum yoxdur, amma var-dövlətim gəlir”backend

“Milyonum yoxdur, amma var-dövlətim gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində qızım üçün yaşayıram. Vaxtım yoxdur, hər yerə özüm qaçıram. Həm ev, həm usta işi öz üzərimdədir. Gülər üçün qaçıram. Həyatımı Gülərə görə saxlamışam. Valideynlərə deyirəm ki, birinci övladlarınıza sevgi, qayğı göstərmək lazımdır. Uşaq bilmir paltarın qiyməti neçəyədir… Uşağa sevgi göstərmək lazımdır”.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda canlı yayımda olarkən deyib. Aktrisa məzun olan qızı Gülərin şənliyə hazırlaşdığını bildirib. Övladının imtahanlarından danışan əsədova kövrəlib:

“Gülər ailədə məhəbbət, düzgün qayğı, sevgi görür. Elə bilməyin belədir… Cəzası da, mükafatı da var. Qiymətləri yaxşı olanda, onu aparmışam harasa, pizza yeməyə, uşaq mərkəzlərinə. Uşaq nə istəyir? Aparın bulvarda gəzdirin. Sevgi, qayğı, diqqət pulla deyil. İçdən gələn hissdir. Həyatın ən böyük gözəlliyi sevgidir. Evdə həyat yoldaşı da xanıma diqqət, qayğı göstərsə nə olar? Uşağın ürəyi ağ səhifədir, ona sevgi göstərmək lazımdır. Allah bütün valideynləri övladı ilə sevindirsin. İki gündür sevincdən yata bilmirəm.

Güləri uşaqlıqdan gəzdirirəm. Mənə deyirdilər, 8 aylıq uşağı niyə gəzdirirsən? Deyirəm ki, uşağın dünyagörüşü artır. Bizim milyonumuz yoxdur, amma ona bərabər daxili sevgimiz, qəlbimiz var. Bu, insanın içindən gələn var-dövlətdir. Var-dövlətim gəlir: qızımın savadı, tərbiyəsi, ağlı… Allah nəzərdən qorusun, sona kimi belə olsun”.