Minalanmış ikona ilə FSB-nin binasına gələn qadın SAXLANILDI – VİDEObackend

Minalanmış ikona ilə FSB-nin binasına gələn qadın SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın minalanmış ikona ilə Krım FSB binasına gəlib və saxlanılıb.

İnterpress.az xəbər verir ki, Krımda qadın Federal Təhlükəsizlik Xidmətinin (FSB) idarəsinə üzərində partlayıcı qurğu olan pravoslav ikona gətirdiyi üçün həbs edilib.

Rəsmi məlumatlara görə, qadın bu addımı Ukrayna tərəfdən onu aldadan dələduzların tapşırığı ilə atıb. Onlar hələ may ayından qadını aldatmağa başlayaraq, guya onun adından Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pul köçürüldüyünü bildiriblər.

Məşhur “FSB əməkdaşları” adı ilə qadınla əlaqə saxlayan dələduzlar, onu cinayət məsuliyyətindən qurtulmaq üçün 3 milyon rubldan çox kredit götürməyə inandırıblar.

Qadın mənzilini girov qoyaraq götürdüyü bütün pulları fırıldaqçılara verib.

Daha sonra qadına Krıma gəlib kuryerdən pravoslav ikona götürməsi tapşırılıb.

FSB-nin məlumatına görə, həmin ikonanın içinə artıq kustar üsulla hazırlanmış partlayıcı yerləşdirilmişdi.

Qadın isə bu ikonanı birbaşa idarənin girişinə gətirən zaman saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az