Mingəçevirdə Mərkəzi Bazarın qarşısında qadın kişini bıçaqladıbackend

Mingəçevirdə Mərkəzi Bazarın qarşısında qadın kişini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Mingəçevirdə ticarət mərkəzinin önündə 52 yaşlı kişi bıçaqlanıb.

İnterpress.az-ın məlumatına görə, hadisə Mərkəzi Bazarın qarşısında hər kəsin gözü qarşısında baş verib.

Tərtər rayonundan olduğu deyilən 52 yaşlı Fəxri Qasımov kürəyindən bıçaqlanaraq ağır xəsarət alıb. Onun bir qadın tərəfindən bıçaqlandığı bildirilir. Yaralı ağır durumda xəstəxanaya çatdırılaraq dərhal əməliyyata alınıb. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

İNTERPRESS.AZ