Mixail Saakaşvili ömürlük həbs oluna bilər – Papuaşvilibackend

Mixail Saakaşvili ömürlük həbs oluna bilər – Papuaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ömürlük həbs təhlükəsi ilə üzləşə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O deyib ki, xüsusi istintaq komissiyasının nəticələrinə əsasən, sabiq prezident Mixail Saakaşvili ömürlük həbs ilə üzləşə bilər.

Komissiyanın 460 səhifəlik hesabatı 2004–2012-ci illərdə baş verən hadisələri əhatə edir və həm Saakaşvili, həm də həmin dövrün yüksək vəzifəli şəxsləri və “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətini araşdırır.

Saakaşvili hazırda 9,5 il cəza çəkir, lakin daha bir neçə məhkəmə prosesi davam edir.

Xuraman Etibarlı

İnterpress.az