MMA döyüşçüsü Maqomed İsmayılov cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskva məhkəməsi MMA döyüşçüsü Maqomed İsmayılovu polis əməkdaşlarına nifrətin aşılanması maddəsi ilə 20 min rubl cərimələyib.
Buna səbəb sosial şəbəkədə idmançının Daxili İşlər Nazirliyinin fəaliyyəti və polislə görüşü barədə mənfi danışdığı video olub.
O, Daxili İşlər Nazirliyinin əməkdaşlarını bandit adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az