MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulubbackend

MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub:

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”.