Moskvada it epilepsiya tutması keçirən sahibini öldürdübackend

Moskvada it epilepsiya tutması keçirən sahibini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

37 yaşlı kişi epilepsiya tutması keçirərkən Staffordşir teryeri cinsindən olan iti tərəfindən öldürüb.

Hadisə bir neçə gün öncə baş versə də, bu barədə yalnız oktyabrın 30-da məlumat yayılıb.

Faciə Moskvanın şimalındakı Sinyavinskaya küçəsində yerləşən mənzildə baş verib.

Məlum olub ki, dördayaqlının hücumundan öncə epilepsiya tutması keçirən kişi dilini dişləyib və onun ağzından qan axıb. Qanın qoxusunu duyan it isə sahibinin üstünə cumub və onun boğazından yapışaraq gəmirib. İtin sahibi ilə birgə yaşayan qadın heyvanı qorxudaraq uzaqlaşdırmağa nail olsa da, kişini xilas etmək mümkün olmayıb.

Mənbə: moslenta.ru