Moskva vilayətində keşişə daşla hücum edilib.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva vilayətində Mərkəzi Asiyadan olan miqrant kilsə rahibinə daşla hücum edib. Hadisə müqəddəs İrina kilsəsinin həyətində baş verib.
Məlumata görə, bir qrup gənc məkanın yaxınlığında bayram edərkən onlardan biri əvvəlcə kilsə divarını murdarlayıb, sonra isə təhqiramiz hərəkəti davam etdirib.
Kilsənin nəzarətçisi ata Aleksandr bu hərəkətə etiraz etdikdə həmin şəxs ona daş atmağa başlayıb.
Daşlardan biri rahibə dəysə də, xəsarət yetirməyib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb və hələ də saxlanılmayıb.
Xuraman Etibarlı
Interpress.az