Moskvada polis əməkdaşlarına hücum edən şəxsin İŞİD terror təşkilatının üzvü olduğu ortaya çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 25 yaşlı Şeravqan Kuncumov hələ 2017-ci ildə islamçılar sıralarına qoşulub.
O, bir qrup digər bu qəbildən olan radikallarla birlikdə bir sıra regionlarda terror aktları hazırlayır və partlayıcı qurğuların istehsalı ilə şəxsən məşğul olurdu.
Cinayətkarlar demək olar ki, bütün 2017-ci ildə ticarət mərkəzlərinə və nəqliyyat obyektlərinə hücum etməyə hazırlaşırdılar. Lakin sonda onların pulemyot və tapança anbarı təhlükəsizlik qüvvələri tərəfindən tapıldı.
Terrorçu dəstənin bütün üzvləri həbs olunub, Kuncumov isə 8 il müddətinə ciddi rejimli həbsxanaya göndərilib və yalnız bu yaxınlarda geri qayıdıb.
Və bu gün o, polis maşınına və “Jilişnik” Dövlət Büdcə Müəssisəsinə “Molotov kokteyli” ataraq, işçilərə bıçaqla hücum edib.
Kuncumov özü Saratovda anadan olub və Rusiya vətəndaşlığını alıb, lakin həmişə radikal fikirlərə malik olub.
Xuraman Etibarlı
İnterpress.az