“Moskvaya gedənlər bazarda işləyənlərdir”backend

“Moskvaya gedənlər bazarda işləyənlərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu bayağı mahnı ritmlərini eşidəndə boğuluram. İnsan necə siqaret tüstüsündən boğulur, o cür oluram. Bu musiqilər bizi uçuruma aparır. Ola vilsin qazanırlar”.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahana “Tarixin bir günü” verilişində deyib. Müğənni Rusiyaya toya və konsertə gedən sənətçiləri tənqid edib:

“Öz estrada janrımızda olan musiqilər qorunmalıdır. Hər bir xalqın musiqisinə hörmətlə yanaşıram. Pula görə Azərbaycan ritmimizi bu hala qoymayaq. Bizim ritm “çakkada-çıkkada”dır. Biz keçmişik “çakka-çukka”ya. Məni də Moskvaya dəvət ediblər, getmişəm, gedirəm də. Moskva Hollivud səhnəsi deyil. Elə deyirsiniz ki, müğənnilər Moskvaya gedib çıxış edir. Oraya gedənlər sadə adamlar, fəhlələrdir: biri bazarda işləyir, digəri ticarətlə məşğul olur. Ziyalı adamlar deyil ki… Daha çox toylara can atanlar İran ritmi ilə oxuyanlardır. Başım ağrıdır, bəsdirin. Bəstəkaram və ixtiyarım da var danışmağa”.