Mozambikdə 2 həftə ərzində vəba epidemiyasında 1100 yeni hadisə aşkarlanıbbackend

Mozambikdə 2 həftə ərzində vəba epidemiyasında 1100 yeni hadisə aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mozambikdə başlayan vəba epidemiyasında son iki həftədə 1100 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Mozambik Səhiyyə Nazirliyi ölkədəki vəba hadisələri ilə bağlı son məlumatları yayıb. Mozambikin şimalında baş verən epidemiyada son iki həftədə 1100 nəfərdə vəbaya yoluxduğu, 2 nəfərin isə epidemiya səbəbindən öldüyü bildirilib.

Digər tərəfdən, ölkənin şimalındakı bir çox bölgədə epidemiya riskinin olduğu vurğulanıb.

Mozambikdə 2022-ci ilin sentyabr ayında başlayan vəba epidemiyası səbəbindən indiyədək 153 nəfər ölüb, 40 mindən çox hadisə qeydə alınıb.