MrBeast-in qalibi HƏBS OLUNDU – VİDEObackend

MrBeast-in qalibi HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MrBeast-in şousunda təyyarə udan pilot Paraqvayda 3,6 milyon dollarlıq narkotik daşıdığı üçün həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

2025-ci ildə məşhur YouTube bloqeri MrBeast-in müsabiqəsində şəxsi təyyarə udan yamaykalı-amerikalı pilot Cabari Braun Paraqvayda saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Asunsion beynəlxalq hava limanında təyyarənin göyərtəsində 266 kq çəkidə marixuana aşkarlanıb.

Yükün dəyəri təxminən 3,6 milyon dollar (təxminən 6 120 000 manat) qiymətləndirilir.

Məlum olub ki, hava gəmisini estoniyalı sahibkar Kit Siilats idarə edib. O, təyyarə saxlanılmazdan və yük aşkar edilməzdən qısa müddət əvvəl kommersiya reysi ilə Paraqvayı tərk edib.

Hazırda istintaq orqanları estoniyalı sahibkarın yerinin müəyyən edilməsi və pilot Cabari Braunun narkotik ticarətindəki rolunun dəqiqləşdirilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az