Müdafiə Nazirliyi türk hərbçilərin Qarabağa gəlişi ilə bağlı məlumat yaydı – Fotobackend

Müdafiə Nazirliyi türk hərbçilərin Qarabağa gəlişi ilə bağlı məlumat yaydı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

Müdafiə Nazirliyi türk hərbçilərin Qarabağa gəlişi ilə bağlı məlumat yaydı - Foto

 

İnterpress.az