Məşhur rusiyalı musiqi jurnalisti Andrey Burlaka vəfat edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sankt-Peterburqda tanınmış musiqi jurnalisti, tənqidçi və yazıçı Andrey Burlaka 70 yaşında dünyasını dəyişib.
Onun ölümünə bu yaxınlarda keçirdiyi insult xəstəliyinin ağır fəsadları səbəb olub.
Burlaka Sovet və Rusiya rok musiqisinin ən böyük tədqiqatçılarından, həmçinin bu sahədə fundamental rok ensiklopediyalarının müəlliflərindən biri kimi tanınırdı.
O, Leninqrad Rok Klubunun tarixini və yerli rok musiqisi səhnəsini dərindən araşdıraraq ölkənin musiqi tarixinə mühüm töhfələr verib.
Andrey Burlaka həmçinin müxtəlif dövrlərdə bir çox populyar musiqi jurnallarının redaktoru, tərcüməçi və prodüser kimi geniş fəaliyyət göstərib.
Onun vəfatı Rusiya musiqi və mədəniyyət ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.аz






