Ərzurumda namaz qılarkən ona yaxınlaşan pişiyi təpikləyən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərzurumda namaz qılarkən yanına yaxınlaşan pişiyə təpiklə zərbə vuran şəxs saxlanılıb.
Təpiklə havaya atılan və imamın başına dəyən pişiyin sağlamlığının yaxşı olduğu bildirilir.
Hər gün heyvanlara qarşı yeni zorakılıq halları əlavə olunsa da, cinayətkarların cəzasızlığı və mövcud sanksiyaların qeyri-kafiliyi müzakirə mövzusu olaraq qalır.
Ən son olaraq, Ərzurumdakı bir məsciddə namaz əsnasında pişiyin təpikləndiyini göstərən görüntülərin sosial mediada yayılmasından sonra prokurorluq öz təşəbbüsü ilə araşdırma başlatdığını açıqlayıb.
Ərzurum Baş Prokurorluğu, görüntülərin sosial mediada paylaşılmasından sonra öz təşəbbüsü ilə araşdırma başlatdığını və şübhəlinin həbs olunduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az






