Naməlum biznesmen Neymara 1 milyard dollar MİRAS QOYDUbackend

Naməlum biznesmen Neymara 1 milyard dollar MİRAS QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum braziliyalı biznesmen Neymara 1 milyard dollar miras qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya KİV məlumat yayıb. Bildirilir ki, Porto-Aleqri şəhərindən olan naməlum iş adamı məşhur futbolçu Neymar-a 1 milyard dollar dəyərində sərvətini miras qoyub.

Məlumata görə, 2023-cü ildə vəfat edən 33 yaşlı biznesmen öz aktivlərini futbolçuya vəsiyyət edib.

O, bu addımını qohumlarının olmaması və Neymara duyduğu rəğbət ilə izah edib.

Biznesmen vəsiyyətnaməsində qeyd edib ki, Neymarın atası ilə münasibətləri ona öz atasını xatırladıb. Həmçinin vurğulayıb ki, futbolçunun materialist olmaması, xüsusilə müasir cəmiyyətdə nadir rast gəlinən keyfiyyətdir.

Xuraman Etibarlı

İnterpress.az