NATO Baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya liderlərinə təşəkkür edib.
Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.
“İndi bizim Finlandiya və İsveçin NATO-ya üzv olmasına yol açan sazişimiz var. Bu tarixi qərarı mümkün edən konstruktiv ruha görə prezident Ərdoğana, Niinistoya və İsveçin baş nazirinə təşəkkür edirəm”, – deyə Stoltenberq qeyd edib.