Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDIbackend

Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə təhsilin əyani formada keçirilməsində çətinlik yarandı. Sentyabr ayında məktəblər açılsa da, yoluxma sayı artdı və təhsil distant formaya keçirildi”.

İnterpress.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq:

“Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər”.

 

İnterpress.az