Almaniyanın nəqliyyat naziri hökumət iclası zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə”Bild” məlumat yayıb.
Almaniya hökumətinin Berlinin Borziq-Reyerverder villasındakı səyyar iclası zamanı nəqliyyat naziri Patrik Şnayder gözlənilmədən danışıqlar masasında huşunu itirib.
Nəşrinin məlumatına görə, Şnayderdə kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyulub.
Özünə gəldikdən sonra nazir müayinə və müşahidə üçün Bundesver hospitalına aparılıb.
Hökumət hələlik nazirin yaxın vaxtlarda işə qayıda bilib-bilməyəcəyini açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az