Nazir müavininin qapalı məkanda maska taxmaması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Nazir müavininin qapalı məkanda maska taxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüş keçirilib. Görüşdə tərəflərin maska taxmadığı diqqət çəkib.

Nazirlik görüş zamanı karantin qaydalarının gözlənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə açıqlamasında bildirib ki, sözügedən görüşdə özü də iştirak edib:

“Görüş qapalı məkanda keçirilib. Cəmi beş nəfərin iştirakı ilə keçirilən görüş zamanı qoruyucu maskalardan istifadə edilib, sosial məsafə gözlənilib.

Görüş zamanı karantin qaydalarına zidd olacaq heç bir məqama yol verilməyib. Yalnız fotolar çəkilən zaman maskalar çıxarılaraq, masanın üzərinə qoyulub. Fotolara baxdıqda da bu aydın şəkildə görünür”.

 

İnterpress.az