Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyi tərkibində Daxili İşlər Nazirliyinin nümayəndəsi vəzifəsindən azad edilib.
İnterpress.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Elşad Süleymanov vəzifəsindən azad edilərək Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini vəzifəsinə təyin edilib.