Neftin qiyməti düşübbackend

Neftin qiyməti düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin qiyməti düşüb. Buna investorların “qara qızıl”a olan tələbin perspektivlərini mənfi qiymətləndirməsi səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,49% ucuzlaşaraq 1 bareli 119,22ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,55% aşağı düşərək 1 bareli 116,94 ABŞ dolları təşkil edib.

Analitiklər hesab edirlər ki, mərkəzi bankların uçot dərəcələrini artırması neft qiymətləri üzərində təzyiq yaradır.

Xatırladaq ki, ötən günlərdə ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75% artıraraq illik 1,50-1,75%-ə çatdırıb. İngiltərə Bankı faiz dərəcəsini illik 1%-dən 1,25%-dək artırıb.

Pul siyasətinin sərtləşdirilməsi bütün dünyada hökm sürən yüksək inflyasiya ilə əlaqələndirilir. Belə ki, may ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 8,6% təşkil edib, bu isə 1981-ci ildən sonra ən yüksək göstərici hesab olunur.

İnvestorlar tədarüklə bağlı xəbərlərə də diqqət ayırırlar. Belə ki, ötən gün ABŞ İrandan neft məhsullarının ixracını həyata keçirən bir sıra şirkətlərə və fiziki şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.