Netanyahu rəsmi şəkildə erməni, assuriyalı və yunan soyqırımlarını tanıyıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq açıq şəkildə bildirib.
Netanyahu bəyan edib ki, Osmanlı imperiyası dövründə ermənilərə, assuriyalılara və yunanlara qarşı törədilən qətliamlar soyqırımı kimi tanınır.
Netanyahu mövzu ilə bağlı suala cavabında bildirib ki, İsrail parlamenti – Knesset artıq bu barədə müvafiq qətnamə qəbul edib.
O, jurnalistin “bu, şəxsən sizin mövqeyinizdirmi?” sualına isə belə cavab verib:
“Bəli, mən indi bunu rəsmən edirəm”.
Dünya üzrə erməni, assuriyalı və yunan icmaları Netanyahunun bəyanatını yüksək qiymətləndirərək, bunu tarixi ədalətin bərpası istiqamətində mühüm addım adlandırıblar.
Xuraman Etibarlı
İnterpress.az