Netanyahu İsrailin Dohaya hücumuna görə telefon danışığı zamanı Qətərin baş nazirindən üzr istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” televiziyası məlumat yayıb.
Məlumata görə, baş nazir Benyamin Netanyahu Qətər Əmiri ilə telefon danışığı zamanı İsrailin Doha şəhərinə etdiyi hücum səbəbilə üzr istəyib.
Mənbələr bildirir ki, bu danışıq ABŞ və İsrail liderlərinin hazırda Ağ Evdə keçirdiyi görüş zamanı baş tutub.
Xuraman Etibarlı
İnterpress.az