Netanyahu Trampla görüşmək və İran məsələsini müzakirə etmək üçün ABŞ-yə yola düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq KİV məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində hökumət başçısının prezident Donald Trampla görüşü planlaşdırılır. Bu, Trampın ikinci müddətə yenidən prezident seçilməsindən sonra Netanyahunun ABŞ-a sayca yeddinci səfəridir.
Netanyahunun sözlərinə görə, təmasların bu dərəcədə intensiv olması İsrail və ABŞ arasındakı “unikal yaxınlığı”, münasibətlərin müstəsna xarakterini, eləcə də onun Amerika lideri ilə şəxsi dostluq əlaqələrini nümayiş etdirir. O, bu cür sıx münasibətlərin İsrail-ABŞ tərəfdaşlığı tarixində analoqunun olmadığını vurğulayıb.
Görüş zamanı tərəflərin Qəzza zolağındakı mövcud vəziyyəti, regional təhlükəsizlik məsələlərini və xüsusilə İranla bağlı gözlənilən danışıqları müzakirə edəcəyi gözlənilir.
Netanyahu İranla danışıqların əsas prinsiplərinə dair öz baxışlarını və mövqeyini ABŞ prezidentinə təqdim etmək niyyətindədir.
Baş nazir hesab edir ki, bu prinsiplər təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də Yaxın Şərqdə sülh və sabitliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
Xuraman Etibarlı
İnterpress.az






