İsrail baş naziri Nyu-Yorka Fransadan kənar uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb. Qəzetin yazdığına görə, İsrailin baş nazirini daşıyan təyyarə Nyu-Yorka uçarkən marşrutunu dəyişib və Fransanın hava məkanından yan keçib.
Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı həbs orderidir.
İddiaya görə, əgər təyyarə Fransanın hava məkanına daxil olsaydı, beynəlxalq öhdəliklərə əsasən Paris hökuməti orderi icra etməyə məcbur qalacaqdı.
Xatırladaq ki, BCM İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı araşdırma aparıb və baş nazirlə yanaşı, bir sıra digər yüksəkvəzifəli rəsmilərin də məsuliyyət daşıya biləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az