Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının fəaliyyəti müzakirə edilibbackend

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının fəaliyyəti müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının növbəti onlayn formatlı toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnterpress.az-a bildirilib ki,  Koordinasiya Şurasına üzv diaspor təşkilatlarının rəhbərlərinin və üzvlərinin qatıldıqları toplantıda 2020-ci ilin 8 ayı ərzində görülən işlərə yekun vurulub. Müzakirələr zamanı koronavirus pandemiyası ilə əlaqədar sərt karantin dönəmində diasporun fəaliyyəti, işğalçı Ermənistanın iyul təxribatlarına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək əlaməti olaraq Haaqa və Brüssel şəhərlərində gerçəkləşdirilən aksiyalar, Niderlandın siyasi partiyaları ilə keçirilən görüşlər, müxtəlif layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Şura üzvləri gələcəkdə aksiyaların daha effektiv keçirilməsi üçün öz təkliflərini səsləndirib və gələn il gerçəkləşdirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı fəaliyyət proqramının hazırlanmasının vacibliyini vurğulayıblar.

 

İnterpress.az