Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Kebbi əyalətində silahlı şəxslər tərəfindən girov götürülən 6 nəfər xilas edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kebbi Qubernatorluğunun xüsusi müşaviri Nasir İdris verdiyi yazılı açıqlamada təhlükəsizlik qüvvələrinin vilayətin Şanqa bölgəsində silahlı şəxslərə qarşı əməliyyat keçirdiyini bildirib.
İdris qeyd edib ki, əməliyyat zamanı silahlı şəxslər tərəfindən girov götürülən 6 nəfər xilas edilib.
Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.