Nikaraqua Aİ səfirini ölkədən qovurbackend

Nikaraqua Aİ səfirini ölkədən qovur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin Nikaraquadakı səfiri Bettina Muşaydt ölkədə “persona non-qrata” elan edilib.

Məlumata görə, müvafiq qərarı Nikaraqua prezidenti Daniel Orteqa və ölkənin vitse-prezidenti Rosario Murillo verib.

Bildirilir ki, ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası zamanı Aİ nümayəndə heyəti Nikaraquadan siyasi məhbusları azad etməyi və ölkədə demokratiyanın bərpasını tələb edib.