Norveçlə Rusiya arasında Şpitsbergen adasına görə yaranan gərginlik aradan qalxıbbackend

Norveçlə Rusiya arasında Şpitsbergen adasına görə yaranan gərginlik aradan qalxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Rusiya ilə Şpitsbergen adasına görə yaranan gərginliyin aradan qalxdığını bildirib.

Adadakı rus şaxtaçılara göndərilən yüklərin Norveç sərhədini keçməsinə icazə verilib. Artıq yüklərin böyük hissəsi avtomobillərdən gəmiyə yüklənərək adaya yola salınıb. Norveç Xarici İşlər Nazrirliyi məsələnin müsbət yöndə həll olunmasını təqdir edib.

Qeyd edək ki, Şpitsbergen adası Norveçin ərazisi olsa da, 9 fevral 1920-ci ildə Parisdə imzalanmış Şpitsbergen paktına görə Rusiya adada iqtisadi fəaliyyət həyata keçirə bilər.