Novokuznetskdə kişi kafenin işçisini bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Novokuznetskdə kafedə baş verən dəhşətli hadisədə kişi işçini bıçaqlayıb.
Hadisə bir gün əvvəl baş verib. Məlumata görə, qeyri-adekvat adam kafedə təxminən bir saat oturduqdan sonra kassanın arxasından keçərək iki mətbəx bıçağı götürüb və işçini qətlə yetirib.
Daha sonra o, iki kişiyə hücum etməyə cəhd edib, lakin onlar qaçaraq xilas olublar.
Hadisəni törədən şəxs kafedə dağıntılar törədib və sağlamlıq problemlərindən danışaraq qeyri-adekvat davranıb və “bütün orqanlarım kəsilib” deyərək qışqırıb.
Cinayətkar saxlanılıb, ona qarşı “Qətl” maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az